
Premyer Liqa klubundan fransalı üçün 35 milyon avroluq təklif
“Monako”nun yarımmüdafiəçisi Yusuf Fofana karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “Nottingem Forest” 24 yaşlı futbolçu üçün 35 milyon avro təklif edib.
Fofana ötən mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin