
“Nottingem Forest” 37 milyona futbolçu transfer edir
“İpsviç”in yarımmüdafiəçisi Omari Hatçinson “Nottingem Forest”ə keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubları 21 yaşlı futbolçu üçün 37 milyon funt-sterlinq qarşılığında razılığa gəliblər. Futbolçu artıq “Nottingem Forest”lə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Hatçinson son mövsümdə Premyer Liqada 31 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



