Məmmədyarovla Rəcəbov növbəti görüşlərini keçirəcək

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki “Norway Chess” turnirinin əsas mərhələsində növbəti görüşlərini keçirəcəklər.

Komanda.az xəbər verir ki, Məmmədyarov yarışın dördüncü günündə çinli Van Hao ilə qara fiqurlarla oynayacaq.

37 yaşlı qrossmeyster hazırda 4 xalla 6-cı pillədə qərarlaşıb.

Rəcəbov isə fransalı Maksim Vaşye-Laqravla ağ fiqurlarla üz-üzə gələcək. 1,5 xala malik olan 35 yaşlı şahmatçı sonuncu – 10-cu yerdədir.

İyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronudur (451 000 manat).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button