Beyin silkələnməsinə görə milli komandadan uzaqlaşdırıldı

“Arsenal”ın yarımmüdafiəçisi Martin Edeqor Norveç millisinin heyətindən kənarlaşdırılıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb 24 yaşlı futbolçunun beyin silkələnməsi keçirməsidir.

Məşq zamanı top Edeqorun üzünə dəydiyi üçün onda beyin silkələnməsi olub. Həkimlər futbolçunun bir neçə gün istirahət etməli olduğunu bildirib. O, yığmanın Farer adaları və Şotlandiya ilə matçlarında iştirak edə bilməyəcək.
 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button