Milli komandanın sabiq futbolçusu seriala çəkilir

Norveç milli komandasının və “Beşiktaş”ın sabiq futbolçusu Con Karyu filmə çəkiləcək.

Komanda.az xəbər verir ki, keçmiş hücumçu Danimarkada yayımlanan “Olsen Banden” (Olsen Bandası) serialına çəkiləcək. O, filmdə Benni rolunu oynayacaq.

Karyu bundan əvvəl də filmə çəkilmişdi. O, 2014-cü ildə “Dead of Winter” filmində rol almışdı.

Karyu futbolçu karyerası ərzində İngiltərədə “Aston Villa”, “Stok Siti”, “Vest Hem”, Türkiyədə “Beşiktaş”, İspaniyada “Valensiya”, İtaliyada “Roma” kimi klublarda çıxış edib. 41 yaşlı keçmiş hücumçu Norveç yığmasında 91 oyunda 24 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button