Türklərə məğlubiyyətə şərh: “Böyük bir dərs aldıq”

Norveç milli komandasının baş məşqçisi Stole Solbakken DÇ-2022-nin seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis, 0:3 hesabıyla məğlub olduqları matçla bağlı bunları deyib:

“Böyük bir dərs aldıq. İndi etməli olduğumuz Monteneqro ilə matçı qazanmaqdır. Qələbə qazansaq, daha sonra Niderlandı da məğlub etməliyik. Monteneqro ilə oyun bizim üçün böyük final olacaq. Üç xal qazansaq, yenidən yarışa daxil olmaq şansımız olacaq.

Beynəlxalq oyunlarda “çərçivə”ni müdafiə etməlisən. Çox axmaq qollar buraxdıq. Bütün künc zərbələrinin arxa dirəyə atıldığını bilirdik, lakin buna mane ola bilmədik. Son zərbələrdə qərarsız qaldıq. Daha həvəsli, hirsli olmalıyıq. İki komanda arasındakı fərq bu idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button