Norveç – Azərbaycan oyununun hakimləri açıqlandı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç – Azərbaycan oyununun hakimləri açıqlanıb.

Komanda.az xəbər verir ki, qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi Luka Bilbiya olacaq. Ona yan xətt hakimləri Qoran Dujak və Amer Maciç kömək edəcəklər. Dördüncü hakim Antoni Bandiç olacaq.

İyunun 14-də Drammen şəhərindəki “Marienlyst” stadionunda keçiriləcək Norveç – Azərbaycan matçına saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button