Nokautdan sonra xəstəxanaya yerləşdirilən boksçu vəfat edib
Döyüşdə aldığı nokautdan sonra xəstəxanaya yerləşdirilən boksçu Həsən Mqay vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının mətbuat xidməti məlumat yayıb.
29 yaşlı tanzaniyalı boksçu dekbarın 27-də həmyerlisi Paul Elias ilə döyüş zamanı 5-ci raundda çoxlu yumruq zərbələri alıb. Nəticədə yerə yıxılan idmançının dili qatlanıb.
Həkimlər onun vəziyyətinin normallaşdığını bildirsələr də, Mqay dekabrın 30-da vəfat edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin