Nkunku “Milan”da – Rəsmi

“Milan” “Çelsi”nin hücumçusu Kristofer Nkunkunun transferini rəsmən açıqlayıb.

27 yaşlı forvard “qırmızı-qaralar”la müddəti 2030-cu ilin 30 iyununa qədər olan müqavilə imzalayıb və yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan” fransalı futbolçu üçün 37 milyon avro ödəyəcək, bonuslarla birlikdə məbləğ 42 milyon avroya qədər arta bilər.

Nkunku 2023-cü ilin iyulundan “Çelsi”nin şərəfini qoruyurdu. London klubu onu “Leyptsiq”dən 60 milyon avroya transfer etmişdi.

Fransalı futbolçu “Çelsi”nin heyətində 62 matçda meydana çıxaraq, 18 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button