Fransalı futbolçu “Çelsi”dəki durumundan narazıdır
“Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi Kristofer Nkunku komandanın baş məşqçisi Enzo Mareskanın rəhbərliyi altında əsas heyətin oyunçusu olmasa, gələn yay London klubunu tərk etməyə hazırdır.
Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Fransalı futbolçu Mareskanın komandasındakı ehtiyat oyunçu rolundan razı deyil. Avropanın bir sıra aparıcı klublarının ona maraq göstərdiyi vurğulanır.
Nkunku bu mövsüm bütün turnirlərdə 11 matçda iştirak edib, 7 qol vurub. O, ümumilikdə meydanda 430 dəqiqə keçirib.
26 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin