Nkunku üçün danışıqlar davam edir

“Çelsi”nin hücumçusu Kristofer Nkunku yay transfer pəncərəsinin sonunadək klubunu dəyişməyə ümid edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçunun xidmətində əsas maraqlı tərəf “Bayern”dir.

Münhen klubu ilə danışıqlar davam edir, ancaq hələlik bir çox detallar razılaşdırılmayıb və transferin baş tutub-tutmayacağı dəqiq deyil.

Məlum olan odur ki, Nkunku özü “Bayern”ə qoşulmaqda çox maraqlıdır və almanların onunla razılıq əldə etməsi çətin olmayacaq. “Çelsi” isə 27 yaşlı hücumçu üçün təxminən 40 milyon avro və əlavə bonuslar tələb edir.

Ona maraq göstərən klublar sırasında daha əvvəl “İnter”, “Leyptsiq” və “Mançester Yunayted” də olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button