“Niyə qırmızı vərəqə gördüyümü mən də başa düşmədim”
“Sumqayıt”ın məşqçisi Mübariz Orucov Premyer Liqanın 7-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, qolsuz bitən matçla bağlı bunları söyləyib:
“Gərgin oyun oldu. İki məğlubiyyətdən sonra bu gün qalib gelmək istəyirdik. Əfsuslar olsun ki, alınmadı. Oyunun ədalətli nəticəsi heç-heçə idi. İkinci hissədə bizim kritik epizodlarımız oldu. Bunları qola çevirsəydik, qələbə qazana bilərdik.
Qırmızı vərəqə? İnanırsız, heç mən də başa düşmədim. Qaydalarda varsa, xətti tapdalamaq olmaz, bilmirəm. Gərgin oyundur, ola bilər ki, 30 santimetr meydançanın içinə girək. Heç olmasa sarı vərəqə verərdi. Nəyə görə qırmızı göstərdiyini başa düşmədim. Deyir ki, qaydalarda belədir. 5-6 metr irəliləyib etiraz etsəydim, başa düşərdim”.
Bizi Facebook-da izləyin