“Nitsa”dan növbəti qələbə
Fransa Liqa 1-də 15-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün 6 görüş baş tutub.
“Klermon” – “Lill” matçında qalib müəyyənləşməyib. “Nitsa” “Reyms”i, “Strasburq” “Havr”ı məğlub edib. “Mets” evdə “Brest”ə uduzub.
Son pillədə qərarlaşmış Lion “Olimpik”i “Tuluza” ilə ev oyununda uğursuz gedişata son qoyub. Marsel “Olimpik”i də “Loryan”a səfərdə qalib gəlib.
Hazırda 36 xala malik PSJ vahid liderdir. “Nitsa” 32 xalla 2-ci, “Monako” 30 xalla 3-cüdür. “Lill” 27, “Brest” 25, Marsel “Olimpik”i, “Lans” və “Reyms” 23 xal toplayıblar.
Fransa Liqa 1
15-ci tur
8 dekabr
Monpelye – Lans 0:0
9 dekabr
Renn – Monako 1:2
Qollar: Buriqe, 90 – Vanderson, 51. Fofana, 85.
PSJ – Nant 2:1
Qollar: Barkola, 41. Kolo Muani, 83 – M.Məhəmməd, 55.
10 dekabr
Nitsa – Reyms 2:1
Qollar: Laborde, 55. Boqa, 82 – Abdelhamid, 78.
Klermon – Lill 0:0
Mets – Brest 0:1
Qol: Le Duaron, 75.
Strasburq – Havr 2:1
Qollar: Emeqa, 21. Silla, 90+6 – Salmye, 49.
Olimpik (Lion) – Tuluza 3:0
Qollar: Lakazette, 25; 29; 80.
Loryan – Olimpik (Marsel) 2:4
Qollar: Favr, 41. Mendi, 52 – Mbemba, 3. Obameyanq, 9; 42. Balerdi, 33.
Bizi Facebook-da izləyin