
“Haland “Mançester Siti”nin dayağıdır, gələcəyidir”
“Lester”in baş məşqçisi Rud van Nistelroy “Mançester Siti”nin hücumçusu Erlinq Haland haqda fikirlərini bölüşüb.
Komanda.az “goal”-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis Halandın Premyer Liqanın ən yaxşı hücumçusu olduğunu söyləyib:
“Haland Premyer Liqanın ən yaxşı hücumçusudur. O, bu mövsüm 30 qol vurdu, öz statusunu sübut etdi. Bu futbolçunun böyük ağlı və çoxlu yaxşı keyfiyyətləri var. “Mançester Siti” onun ətrafında komanda quracaq. Haland bu komandanın dayağıdır, gələcəyidir”.
Norveçli forvard bu mövsüm “Mançester Siti”nin heyətində 40 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin