
Nistelroy İngiltərə klubundan ayrılacaq
“Lester”in baş məşqçisi Rud van Nistelroy mövsümün sonunda komandadan ayrılacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssisin mövsümün son oyunundan sonra “Lester”i tərk edəcəyi gözlənilir.
Amma klub hələ onun yerinə kimi gətirəcəyini müəyyənləşdirməyib. Rassel Martin və Denni Rol namizədlər arasında olsa da, rəhbərlik Van Nistelroya hörmət əlaməti olaraq hələlik danışıqlara başlamaq istəmir.
“Lester” cari mövsümün sonunda İngiltərə Premyer Liqasını tərk edəcək. Komanda mövsümün bitməsinə bir tur qalmış turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin