Nistelroy portuqaliyalı futbolçu haqda: “Çiyinlərinə çox şey götürür”
“Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Rud van Nistelroy “Lester”lə kubok matçında yarımmüdafiəçi Bruno Fernandesin dubl etməsini şərh edib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis Bruno üçün narahat olmadığını bildirib:
“Bruno üçün narahat deyildim. Onun məşqdə necə işlədiyini görürəm. O, çiyinlərinə çox şey götürür. Son matçda onun hərəkət azadlığı var idi. Ümid edirəm ki, eyni ruhda davam edəcək”.
Nistelroyun rəhbərlik etdiyi komanda “Lester”ə 5:2 hesabı ilə qalib gəlib.
30 yaşlı portuqaliyalı futbolçu İngiltərə Premyer Liqasının cari mövsümündə 9 matçda iştirak edib, 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin