“Nisbətən sakit oynamalı idik” – Joze Alesio

Futzal üzrə DÇ-2024-ün əsas seçmə mərhələsində Polşaya qarşı səfər oyunundan sonra Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 2:7 hesablı məğlubiyyəti belə şərh edib:

“Oyuna yaxşı başladıq və 2 real qol epizodu yaratdıq. Təəssüf ki, həmin epizodlardan istifadə edə bilmədik. Halbuki məşqlərdə də demişdim ki, bu cür oyunlarda kim şansından tez istifadə etsə, ilk qolu vurursa, qalib olacaq. Biz epizodları qaçırdıq, əvəzində qapımızdan qol buraxdıq. Daha sonra səhvə yol verdik və fərq artdı. Əgər dünya çempionatında oynamaq istəyiriksə, bu cür “hədiyyə” verməməliyik. Əksinə, diqqətli olmalıydıq. Tribunaların təzyiqi də üzərimizdə idi. Fasilədən sonra fərqi azaltdıq və nisbətən sakit oynamalı idik. Uşaqlara müdafiədə daha təmkinli davranmağı tapşırdım. Ancaq oyunçular hücuma keçirdi. Sanki oyun intizamından qopduq.

Yenə deyirəm, oyuna yaxşı başladıq, fərqlənə bilmədik, amma qollar buraxdıq. Sona qədər mübarizə aparmaq lazım idi. Hesabda fərq yarandıqca məcbur olub risk etdik. Təəssüf ki, “beşinci” oyunçu ilə də onların fərqlənməsinə mane ola bilmədik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button