“Nike” Neymarla əməkdaşlığa niyə son qoyub?

“Nike” şirkətinin 2020-ci ildə braziliyalı futbolçu Neymarla əməkdaşlığı dayandırmasının səbəbi məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə “The wall street journal” nəşri məlumat yayıb. Xəbərdə, Neymarın “Nike” şirkətinin bir xanım əməkdaşına təcavüzdə ittiham olunduğu bildirilib.

Neymarın 2016-cı ildə şirkətin bir əməkdaşını cinsi əlaqəyə məcbur etdiyi, bundan sonra “Nike”ın məsələ ilə bağlı araşdırmalara başladığı qeyd olunub. Araşdırmalardan sonra şirkət 29 yaşlı futbolçu ilə müqaviləni ləğv edib.

Braziliyalı futbolçunun vəkili bütün ittihamları rədd edib.

Neymar hazırda Fransanın PSJ klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button