Mikel milli karyerasını bitirdi
Türkiyənin “Trabzonspor” klubunun formasını geyinən nigeriyalı futbolçu Con Obi Mikel milli karyerasını bitirdiyini açıqlayıb.
Komanda.az xəbər verir ki, sosial şəbəkə hesabından açıqlama yayan 32 yaşlı futbolçu, Misirdə təşkil olunan Afrika Millətlər Kubokunun onun Nigeriya yığmasının heyətində son turniri olduğunu bildirib:
“Misir karyeramı başladığım və bitirdiyim ölkə oldu. 2006-cı ildə ilk dəfə milli komandamla çempionatda iştirak etdim. Afrika Milllətlər Kuboku isə Nigeriya millisi ilə son turnirim oldu. 32 yaşım var, milli karyeranı yekunlaşdırmağın və yerimi gənclərə verməyin vaxtıdır”.
Nigeriya millisi Afrika Millətlər Kubokunu 3-cü yerdə bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin