“Milan” 28 milyon avroluq transferə hazırlaşır
“Vilyarreal”ın vingeri Samuel Çukvueze karyerasını “Milan”da davam etdirməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə beş illik müqavilənin imzalanacağı bildirilir. Onun keçidi “qırmızı-qaralar”a 28 milyon avroya başa gələcək.
Nigeriyalının La Liqa klubu ilə sözləşməsi 2024-cü ilin yayına qədərdir. “Transfermarkt” portalı onun bazar dəyərini 25 milyon avro qiymətləndirir.
Çukvueze 2022/23 mövsümündə 50 oyuna çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin