Nigeriya millisinin üzvü Super Liqada klubunu dəyişdi

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı yarımmüdafiəçi Azubuike Okeçukvunu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi Super Liqanın digər təmsilçisi “Başakşəhər”dən 1 illik icarəyə götürülüb.

Azubuike futbola ölkəsinin “Niger Tornadoes” komandasında başlayıb. O, Türkiyədə “Yeni Malatyaspor” və “Rizəspor”un da formasını geyinib. Nigeriya millisinin də üzvü olan futbolçu, 2019-cu ildən “Başakşəhər”də çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button