FİFA-dan milli komandanın sabiq baş məşqçisinə ağır cəza
Nigeriya millisinin sabiq üzvü Samson Siasia cəzalandırılıb.
Komanda.az xəbər verir ki, FİFA nigeriyalı mütəxəssisə bütün futbol fəaliyyətləri ilə məşğul olmağı qadağan edib. Bu barədə İspaniyanın “Sport.es” saytı məlumat yayıb.
Adı danışılmış oyunlarda hallanan Siasiaya 46 min avro da pul cəzası verilib.
Siasia, 2010-2011-ci illərdə Nigeriya millisini çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin