“Milan”dan mafiyaya görə ayrıldım”
Nigeriya millisinin sabiq futbolçusu Taribo Uest bir mövsüm formasını geyindiyi İtaliyanın “Milan” klubundan ayrılmasının səbəbini açıqlayıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş müdafiəçi, İtaliya mafiyasının təzyiqinə görə “Milan”dan ayrıldğını deyib:
“Milan”dan mafiyaya görə ayrıldım. Zədəli olduğumu demələri üçün həkimlərə rüşvət verdilər. Amma bunlar doğru deyildi. Afrikalıları İtaliya klubunda görmək istəmədikləri üçün məni komandadan atmaq istədilər.
Bundan sonra “Liverpul”a getmək şansım vardı. Danışıqlar oldu, ancaq alınmadı. Mən də “Derbi Kaunti” klubuna getdim”.
Taribo Uest 1999/2000 mövsümündə “Milan”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin