Milli komandanı hava limanında 16 saat gözlətdilər!

Futbol üzrə Nigeriya milli komandası Liviyada problemlə üzləşib.

Komanda.az “PoojaMedia”-ya istinadən xəbər verir ki, “super qartallar” Liviya hava limanında 16 saat qalıb. Futbolçularda yemək və içki belə, olmayıb.

Çətinlik Liviya tərəfinin Nigeriya milli komandasını birbaşa matça aparan reysi dəyişmək qərarı ilə bağlı yaranıb. Keçən həftə Nigeriyaya çatan liviyalı futbolçular avtobusda yaranan problemlərə görə hava limanında üç saatdan çox vaxt keçirməyə məcbur olublar. Görünür, liviyalılar həmin hadisəyə belə cavab vermək istəyiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button