“Mançester Yunayted”ə keçməyə tələsir – Niderlandlı futbolçu

Niderland millisinin və “Bayern”in müdafiəçisi Matteys de Liqt “Mançester Yunayted”də Erik ten Haqla yenidən birlikdə çalışmaqda qərarlıdır.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu dərhal İngiltərə klubuna keçmək istəyir.

Artıq “Bayern” rəhbərliyi 24 yaşlı müdafiəçinin mövqeyi ilə bağlı məlumatlandırılıb. Hazırda Münhen klubu və “Mançester Yunayted” arasında danışıqlar gedir, lakin hələlik razılıq yoxdur.

De Liqt özü də artıq “qırmızı şeytanlar”la uzunmüddətli müqavilə ilə bağlı razılığa gəlib. Onun üçün tibbi müayinə hələ təyin edilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button