Niderlandlıya olan istəyindən vaz keçdi – “Barselona”
“Barselona” “Yuventus”un müdafiəçisi Matteys de Liqtə olan marağına son qoyub.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Kataloniya klubunun niderlandlı müdafiəçini almaq üçün kifayət qədər vəsaiti yoxdur. Bu üzdən, “Barsa” 22 yaşlı futbolçu üçün “Mançester Yunayted” və “Çelsi” ilə rəqabət aparmayacaq.
Daha əvvəl de Liqtin “Yuventus”la 2026-cı ilə qədər yeni müqavilə imzalayacağı bildirilirdi.
De Liqt 2021/22 mövsümündə “Yuventus”un heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 3 qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin