
Tokio-2020: Daha bir idmançı koronavirusa görə kənarda qaldı
Niderlandlı skeytbordçu Kendi Yakobs Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə Yakobs özünün “instagram” hesabında paylaşım edib. O, koronavirusa yoluxduğu üçün olimpiadada iştirak etməyəcəyini bildirib.
Daha əvvəl çilili taekvondoçu Fernand Aqirrenin koronavirusa yoluxduğu üçün yarışda iştirak etməyəcəyi açıqlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin