Niderlandlı qapıçı həbs edilə bilər
Niderland millisinin qapıçısı Yasper Sillesen keçmiş sevgilisi Mariya Moranı şantaj edib.
Komanda.az “FC Update”-ə istinadən xəbər verir ki, Moran hamilə olduğu müddətdə hədələrlə üzləşdiyini bildirib:
“Hamiləlik dönəmində Yasper məni bir neçə dəfə hədələdi və şantaj etdi. O, məni çox qorxutdu. Hətta məni abort elətdirməyə məcbur edirdi. Etməsəm, foto və videolarımı sosial şəbəkədə yayımlayacaqdı.
Demək olar ki, hər gün məni şantaj edirdi. Mediaya fikirlərimi ötürə bilmirdim. Mənə icazə verilmirdi. İki il susduğum üçün Yasper mənə təşəkkür etməlidir”.
Mariya Morananın vəkili öncədən bildirib ki, Sillesen 2021-ci ildə doğulan qız övladı üçün heç bir ödəniş etməyib. Bu səbəbdən, o, həbs cəzası da ala bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin