
PSJ-dən 6 milyon avroluq transfer
PSV-nin yarımmüdafiəçi Xavi Simons Fransanın PSJ klubuna keçib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi 20 yaşlı futbolçunu 6 milyon avro qarşılığında heyətinə qatıb.
Kilian Mbappe və Neymar paytaxt klubu tərk etsə, Simons PSJ-də qalacaq. Adıçəkilən hücumçular Liqa 1 klubunda qalsa, Fransa təmsilçisi Xavini başqa kluba icarəyə verəcək.
Niderlandlı futbolçu başa çatan mövsümdə PSV-nin heyətində bütün turnirlər daxil olmaqla 48 oyunda 22 qol vurub və 12 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin