
Hasselbaynk İngiltərə klubunda
Niderlandlı mütəxəssis Cimmi Floyd Hasselbaynkın yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 48 yaşlı mütəxəssis İngiltərənin “Berton Albion” klubunda baş məşqçilik edəcək. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hasselbaynkla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Hasselbaynk son olaraq İngiltərənin “Northempton” komandasını çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin