“Barselona” ən çox maaş alan futbolçusunu İngiltərə klubuna təklif edib
“Barselona” bu yay komandanın ən çox maaş alan futbolçusu Frenki de Yonqla yollarını ayırmaq istəyir.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçi “Mançester Yunayted”ə təklif olunub.
“Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq “Ayaks”da 27 yaşlı futbolçu ilə birgə çalışıb.
“Barselona” De Yonqa görə 40-45 milyon avro təzminat istəyir, lakin problem futbolçunun maaşındadır. O “Barsa” ilə hazırkı müqaviləsinə əsasən, həftədə təxminən 700 min avro qazanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin