“Liverpul”la “Arsenal”ın hədəfindəki futbolçu

Dortmund “Borussiya”sında çıxış edən vinger Doniel Malen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Caught Ofsayd”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu üçün “Arsenal” və “Liverpul” klubları mübarizə aparır.

Mersisaydlılar Maleni Məhəmməd Salahın əvəzləyicisi kimi nəzərdən keçirirlər, “topçular” isə onun Bukayo Saka ilə rəqabət aparmasını istəyir. 25 yaşlı futbolçu bu iki variant arasında “Arsenal”a keçməyə üstünlük verir.

Malenin transfer dəyəri 40 milyon avro qiymətləndirilir. Onun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button