
MY və “Arsenal”ın hədəfindədir – Niderlandlı hücumçu
“Bolonya”nın hücumçusu Coşua Zirkzenin karyerasını İngiltərədə davam etdirmək üçün variantları var.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 23 yaşlı niderlandlı forvard “Mançester Yunayted” və “Arsenal”ın maraq dairəsindədir.
İngiltərənin top-klubları ilə yanaşı, “Milan” da Zirkzeni transfer etmək istəyir.
Zirkze ötən mövsüm 37 oyun keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin