Niderlandlı futbolçu əmisi oğluna təzminat ödəyəcək

“Spartak”ın hücumçusu Kvinsi Promes bıçaqladığı əmisi oğluna təzminat ödəyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Promesin əmisi oğluna ödəyəcəyi məbləğ hələlik müəyyən edilməyib. Lakin zərərçəkənin vəkili Yehudi Moşkoviç böyük məbləğdə pul tələb edəcəklərini bildirib.

Promes ona qarşı irəli sürülən bütün ittihamları rədd etdiyi üçün futbolçunun məhkəmə qərarını yerinə yetirməsi və pul təzminatı ödəməsi çətin görünür.

Ötən ilin iyun ayında Promes haqqında 18 aylıq həbs qərarı verilmişdi. Lakin futbolçu buna görə apellyasiya şikayəti vermişdi.

İddiaya görə, Promes 2020-ci ildə baş tutan şənlik zamanı əmisi oğlunu bıçaqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button