“Mançester Yunayted”in sabiq futbolçusu yeni klubuna uyğunlaşa bilmir
“Mançester Yunayted”dən ayrılıb İspaniyanın “Jirona” klubuna keçən yarımmüdafiəçi Donni van de Bekin karyerası yaxşı getmir.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı futbolçu fiziki problemlərini həll edib, amma onun başqa çətinliyi var: o, hələ də yeni komandasına tam uyğunlaşmayıb.
27 yaşlı yarımmüdafiəçi yaxın gələcəkdə uyğunlaşmaq və komandada möhkəmlənmək üçün çox çalışmalıdır. Hələlik onun rolu ikinci dərəcəli olacaq.
“Jirona” hazırda La Liqanın turnir cədvəlində 12-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin