De Liqt MY ilə “Bayern”in razılığa gəlməsini gözləyir

“Bayern”in müdafiəçisi Matteys de Liqt İngiltərə Premyer Liqasına keçməyə hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu “Mançester Yunayted”in “Bayern” rəhbərliyi ilə onun transferi ilə bağlı razılığa gəlməsini gözləyir.

“Mançester Yunayted”in baş məşqçisi, “Ayaks”da De Liqtlə çalışmış Erik ten Haq şəxsən onunla yenidən bir yerdə olmaqda maraqlıdır.

“Bayern” rəhbərliyi bu yay De Liqtlə yollarını ayırmağa qarşı deyil. Çünki o, “Yuventus”dan transfer olunduqdan sonra ilk iki mövsümdə qeyri-sabit oyun nümayiş etdirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button