
“Milan” niderlandlı futbolçu ilə yeni müqavilə bağlayacaq
“Milan”ın yarımmüdafiəçisi Ticani Reynders tezliklə klubu ilə yeni müqavilə bağlayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçunun “Milan”la yeni müqaviləsi 2030-cu ilin iyununa kimi nəzərdə tutulub.
Tərəflər ötən il hər şeyi şifahi şəkildə razılaşdırıblar və tezliklə rəsmiləşdirilməlidir. Reynders 2023-cü ildə “Milan”a keçib və klubla 2027/28 mövsümünün sonuna qədər olan müqavilə imzalamışdı.
26 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 36 oyun keçirib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin