“Yuventus”a keçməyinə peşman olub
Niderlandlı futbolçu Matteys de Liqt “Yuventus”a keçməyinə peşman olub.
Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın “Diario Sport” nəşri məlumat yayıb. Xəbərdə, 21 yaşlı müdafiəçinin Turin klubunda xoşbəxt olmadığı bildirilib. De Liqt yayda klubunu dəyişmək niyyətindədir.
2019-cu ildən “Yuventus”da çıxış edən müdafiəçi karyerasını İspaniyanın “Barselona” klubunda davam etdirmək istəyir. “Transfermarkt”da dəyəri 75 milyon avro olan de Liqtin Kataloniya təmsilçisinə keçid ehtimalı azdır. Hazırda maliyyə problemləri yaşayan “Barselona” bahalı futbolçu almaq niyyətində deyil.
De Liqt “Yuventus”la 75 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin