Niderlandlı futbolçu seçimini “Bayern”in deyil, “Leyptsiq”in lehinə edib
PSJ-nin yarımmüdafiəçisi Xavi Simons karyerasını davam etdirmək istədiyi klubu seçib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu ötən mövsüm icarə əsasında çıxış etdiyi “Leyptsiq” seçimində qərarlaşıb. Vensan Kompaninin komandasının marağına baxmayaraq, oyunçunun “Bayern”ə transferi baş tutmayacaq. Münhen klubu indi “Renn”dən Desir Dueti dəvət etməyə çalışacaq.
Simons Bundesliqanın son mövsümündə 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. 21 yaşlı yarımmüdafiəçi yaxın günlərdə “Leyptsiq”lə icarə müqaviləsini uzadacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin