“İnter” niderlandlı futbolçu ilə yeni müqavilə bağlayacaq

Denzel Dumfris “İnter”lə yeni müqavilə imzalayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə 2028-ci ilin ortalarına qədər olan müqavilə bağlanacaq. Onun maaşı ildə 4 milyon avro olacaq.

Niderlandlı müdafiəçinin klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Dumfris ötən mövsüm 36 matçda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib. O, 2023/24 mövsümündə Milan klubu ilə İtaliya A Seriyasının çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button