Depay İtaliya klubuna təklif olunub

“Atletiko”dan ayrıldıqdan sonra azad agentə çevrilən hücumçu Memfis Depay İtaliya çempionatında çıxış edə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, niderlanlı futbolçunun nümayəndələri onun xidmətlərini “İnter”ə təklif edib. Ancaq keçidə Depayın maliyyə tələbləri mane olur.

30 yaşlı forvard ildə 5 milyon avro qazanmaq istəyir ki, bu da Milan klubunu qane etmir.

Depay ötən mövsüm İspaniya çempionatında 23 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2023-cü ildən Madrid klubunda çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button