“Maddi cəhətdən xeyli qazanacam” – Kumanı qəzəbləndirən futbolçu

“Əl-İttihad”ın yeni futbolçusu Stiven Berqveyn niyə Səudiyyə Ərəbistanına keçməyə qərar verdiyi sualını cavablandırıb.

Komanda.az “The Telegraf”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu, maddi baxımdan xeyli qazanacağını bildirib:

“Təbii ki, maddi cəhətdən xeyli qazanacam, yalan danışmayacam. Amma idman nöqteyi-nəzərindən baxsaq, bu da maraqlıdır ki, Kərim Benzema, Nqolo Kante və Fabinyo ilə birgə oynayacam”.

26 yaşlı yarımmüdafiəçi yayda “Ayaks”dan “Əl-İttihad”a keçib. Onun transferi Səudiyyə Ərəbistanı klubuna 21 milyon avroya başa gəlib. Berqveynin yeni klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.

Niderland millisinin baş məşqçisi Ronald Kuman Səudiyyə Ərəbistanı klubuna keçdiyi üçün Berqveyni yığmaya dəvət etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button