“Liverpul” üçün darıxacam” – Veynaldum
Niderlandlı futbolçu Corcinyo Veynaldum “Liverpul”u tərk edib.
Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi klubla müddəti bitən müqaviləsini yeniləməyib. Veynaldum “Liverpul”dan ayrılması ilə bağlı bunları deyib:
“Göz yaşlarımı güclə saxlayıram. Burda beş ildir hər kəs mənə sevgisini göstərir. “Liverpul” üçün darıxacam. Uzun müddət burda qalmaq istəyirdim. Təəssüf ki, işlər fərqli alındı. Macəram bitdi. Belə böyük kluba gəldiyim üçün çox xoşbəxtəm”.
2016-cı ildən “Liverpul”da çıxış edən Veynaldum bu mövsüm Premyer Liqada 38 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin