Niderlandlı futbolçu 6 il müddətinə azadlıqdan məhrum edilib
Niderland millisinin keçmiş futbolçusu Kvinsi Promes daha 6 il müddətinə azadlıqdan məhrum edilib.
Komanda.az “De Telegraaf” nəşrinə istinadən xəbər verir ki, bu barədə Amsterdam məhkəməsi qərar çıxarıb.
Rusiyanın “Spartak” klubunun 31 yaşlı yarımmüdafiəçisinin narkotik vasitələrin daşınması ilə məşğul olan cinayətkar şəbəkənin üzvü olduğu aşkarlanıb. Onun 1370 kq ağırlığında kokain qaçaqmalçılığında iştirak etdiyi iddia olunurdu.
Promes “Ayaks”da çıxış edərkən əmisi oğlunu bıçaqladığı üçün 2023-cü ildə 1,5 illik həbs cəzası almışdı. Hadisə 2020-ci ildə baş vermişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin