İngiltərəli futbolçunun anasından “oğlum meydanda olmalıdır!” tələbi
AÇ-2024-ün yarımfinalında Niderlandla matçda qələbə qolunu vuran İngiltərə yığmasının hücumçusu Olli Uotkinsin anası oğlunun bu oyunda meydana çıxmasını tələb edib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, futbolçunun anası, Niderlandla oyundan əvvəl ingiltərəli azarkeşlərlə söhbəti zamanı Uotkinsin “çərşənbə gecəsi bu lənətə gəlmiş meydançada” görünməli olduğunu söyləyib.
Avropa çempionatının yarımfinal mərhələsinin Niderland – İngiltərə matçı iyulun 10-da keçirilib. Qarşılaşma İngiltərə yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İngiltərə və İspaniya millilərinin qarşılaşacağı AÇ-2024-ün final matçı iyulun 14-də keçiriləcək. Matçın start fiti saat 23:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin