Niderland klubunun keçmiş prezidenti koronavirusdan öldü
Niderlandın “Vitess” klubunun keçmiş prezidenti Kes Bakker vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə “De Gelderlander” nəşri məlumat yayıb. 71 yaşlı keçmiş funksionerin ölümünə səbəb koronavirus pandemiyası olub.
Koronavirusa yoluxan Bakker, martın 21-də xəstəxanaya yerləşdirilib. Keçmiş prezident ağciyər xərçəngindən də əziyyət çəkirdi.
Kes Bakker 2003-2004, 2008-2009 və 2016-2017-ci illərdə “Vitess”in prezidenti olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin