
Türk hücumçuya “Yohan Kroyff” mükafatı verildi
Niderlandın NEK klubunda çıxış edən türk hücumçu Əli Akman mükafatlandırılıb.
Komanda.az xəbər verir ki, 19 yaşlı futbolçu Niderland 2-ci liqasında avqust ayının ən yaxşı gənc futbolçusu mükafatını qazanıb. Ona “Yohan Kroyff” mükafatı verilib.
Akman NEK-lə ötən ay iki oyunda 2 qol vurub.
Müqavilə ilə Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna məxsus olan hücumçu bu transfer pəncərəsi dövründə NEK-ə icarəyə verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin