Futbolçu yerkökü yeyərkən çənəsini sındırdı
Niderlandın “Herenven” klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb.
Komanda.az xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə “Herenven” klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib.
Kaib bir müddət əvvəl çənəsindən zədə alsa da, oyunlara çıxırmış. Daha sonra 24 yaşlı futbolçunun yediyi yerkökü bərk olub və onu dişləyən zaman çənəsi sınıb.
Çənəsi sınan Kaib bir müddət komandadan kənarda qalacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin