“Ayaks”ın sabiq üzvü yenidən Erediviziyada

Niderlandın “Herenven” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Erediviziya təmsilçisi “Çinçinnati” klubundan Sim de Yonqu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Sim de Yonq 2007-2014 və 2017-2019-cu illər aralığında “Ayaks”da çıxış edib. Yarımmüdafiəçi Niderland yığmasında 6 oyunda 2 qol vurub.

Sim de Yonq son olaraq ABŞ təmsilçisi “Çinçinnati”də çıxış edib. O, MLS-də son mövsümdə 15 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button