Advokat: “Ayaks”ı alqışlamayacağıq”

Niderlandın “Feyenoord” komandasının baş məşqçisi Dik Advokat açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Advokat, Eredivizyada çempionluğunu rəsmiləşdirən “Ayaks”la oyunda onları alqışlamayacaqlarını deyib:

“Ayaks”ı alqışlamayacağıq. Əllərini sıxarıq, onlara bəsdir. Tuneldən çıxanda çempion komandanı alqışlamaq ingilislərin adətidir, bizim yox. Onları təbrik edəcəyik”.

“Feyenoord” Erediviziyanın 32-ci turunda mayın 9-da “Ayaks”ı qəbul edəcək. “Feyenoord” çempionatda 5-ci sıradadır. “Ayaks” isə sona üç tur qalmış çempionluğunu rəsmiləşdirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button